Türkiyədə İŞİD-lə əlaqəsi olan 45 şübhəli saxlanılıb

media-hightechnic-468x90

Türkiyə təhlükəsizlik xidmətləri 45 nəfəri İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinərək saxlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

“İŞİD terror qruplaşmasına qarşı 16 vilayətdə keçirilən əməliyyatlar çərçivəsində 45 nəfər saxlanılıb”, – nazir “X”da qeyd edib.

Saxlanmalar İstanbul, Ankara və Antalya da daxil olmaqla həyata keçirilib.

Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə 3 mindən çox insan İslam Dövləti ilə əlaqədə şübhəli bilinərək saxlanılıb./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05