Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb.
Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 295 min 206 test götürülüb, 19 min 944 nəfərdə COVID-19 aşkarlanıb.
Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 168 nəfər koronavirusdan vəfat edib, 15 min 537 nəfər müalicə olunaraq sağalıb.