Türkiyədə koronavirus qurbanlarının sayı AÇIQLANDI
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 188 nəfər dünyasını dəyişib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 746 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 514 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 500 865 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 4 485 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 404 727 nəfər təşkil edir.