Türkiyədə mədən FACİƏSİ - Ölənlərin sayı 28 nəfərə çatdı

media-hightechnic-468x90

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

media-banner_tkm

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 28 nəfər ölüb, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

Qeyd edək ki, Hadisə zamanı mədəndə 110 işçinin olduğu ehtimal edilir. Ümumilikdə isə orada 400 nəfər çalışıb.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05