Türkiyədə MOSSAD üzvü saxlanıldı
Türkiyədə İsrailin kəşfiyyat təşkilatı olan MOSSAD-a işlədiyi müəyyən edilən Sərxan Çiçək saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, əsl adı Məhəmməd Fateh Keleş olan Sərxan Çiçəyin iş həyatında xeyli borcu yığıldığı üçün adını dəyişib. Daha sonra MOSSAD üzvü ilə anlaşaraq İsrailin Yaxın Şərq siyasətinə qarşı çıxan bir fələstinli fəalın casusluğunu edib.
Ancaq verilən tapşırıqları icra edə bilməyən Çiçək 03.08.2025-ci ildə MOSSAD-la əlaqələrini kəsib./axar.az