Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaq

media-hightechnic-468x90

Türkiyədə prezident seçkisi ikinci tura qalıb, qardaş ölkə mayın 28-də yenidən seçkiyə gedəcək.

Yenicag.az xəbər verir ki, seçki təqvimində etirazların həlli üçün verilən müddət başa çatıb. Yekun nəticələr bu gün açıqlanacaq.

Prezident seçkisinin ikinci turunda ilk səslər xaricdə və gömrük-keçid məntəqələrində veriləcək.

Səsvermə mayın 20-də xaricdəki nümayəndəliklərdə başlayacaq və beş gün ərzində yekunlaşacaq. Xaricdə olan seçicilər mayın 28-i saat 17:00-dək gömrük-keçid məntəqələrində səs verə biləcəklər.

Namizədlər – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlu – birinci turda olduğu kimi, TRT-də iki dəfə təbliğat xarakterli çıxışlar edəcəklər.

Təbliğat mərhələsi mayın 27-si saat 18:00-da başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600