Türkiyənin Antalya şəhərində qeyri-adi hadisə baş verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, dincəlmək üçün Antalyaya gələn isveçli qadın bir anda küçənin ortasında soyunmağa başlayıb. Daha əvvəlki üç gün ərzində şübhəli hərəkətləri ilə ətrafdakıların diqqətini çəkən qadın sonuncu davranışından sonra polisə şikayət edilib.
Pasportu olmayan isveçli qadının kimliyi müəyyən edilib. Anna Yulia Niqren adlı turist ölkədən qovulub.
Qeyd edək ki, bir ay əvvəl Türkiyəyə gələn qadın daha sonra icazəsiz şəkildə Antalyada yaşamağa davam edib.
www.yenicag.az