Türkiyədə qiyam – 100 nəfər təcridxanadan qaçdı (Video)

media-hightechnic-468x90

Türkiyənin İstanbul şəhərində yerləşən təcridxanada qiyam olub.

AzVision.az “Sabah.com.tr”-yə istinadən xəbər verir ki, qiyam miqrantlar tərəfindən törədilib.

Etiraz edən miqrantlar təcridxana binasını yandırıb, daha sonra qapıları sındıraraq qaçıblar. Hadisə yerinə gələn polis onların qarşısını ala bilməyib.

Ən son məlumatlara görə, qiyam nəticəsində 100-ə yaxın miqrant təcridxanadan qaçıb.

Hazırda onların axtarışları davam edir. Hadisə yerinə yanğın söndürən briqadalar cəlb olunub, polis səfərbər edilib. Yanğın zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qiyamla bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

https://youtu.be/GMWfzbCWW-A

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa