Türkiyədə yük gəmisi batdı

media-hightechnic-468x90
Türkiyənin Hatay vilayətində yük gəmisi batıb.

Yenicag.az xəbər verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib.

Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib.

Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə gəmidəki konteynerlərin quruya çıxarılması işləri aparılır.

Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600