Məşhur alman nəşri qoca qitəni TOPA TUTDU: "Avropanın dəyərləri çox da dəyər daşımır"

media-hightechnic-468x90

Avropada universal insan haqları və beynəlxalq hüquq barədə danışmağı sevirlər. İranla münasibətdə isə Avropanın nə qədər etibarsız hala gəldiyi görünür – siyasi, hərbi, həm də ictimai baxımdan.

Yenicag.az xəbər verir ki, bu barədə İranda son baş verən olaylar fonunda Avropanın siyasi davranışına dair “Bild” nəşrinin təhlil məqaləsində qeyd olunub.

Qeyd olunub ki, Avropa liderlərinin bir neçə gün öncə ABŞ ordusunun Venesuela Prezidenti Nikolas Maduronu beynəlxalq hüquqa zidd şəkildə həbs etməsinə qəzəblənmələrinə baxmayaraq, İran rejiminin azadlığı sevən minlərlə vətəndaşını qətlə yetirməsini laqeyd şəkildə seyr edirlər.

“Avropanın davranışı beynəlxalq hüquqa uyğun ola bilər, amma mənəvi cəhətdən müdafiə edilə bilməz”, – nəşr qeyd edib.

Bildirilib ki, Avropa cəmiyyətlərində də İranın nümayişçilərinə azacıq da varsa, mərhəmət hiss olunmur.

“Təəccüblü deyil ki, Avropada, bəlkə də, ən çox nifrət edilən siyasətçi İran xalqı üçün ən böyük ümid simvoluna çevrilib: ABŞ Prezidenti Donald Tramp”, – “Bild”in analitiki vurğulayıb.

Nəşr Trampın ordusunu, həqiqətən, iranlılara köməyə göndərəcəyi halda, Avropanını yenidən beynəlxalq hüquq barədə mübahisə edə biləcəyini yazıb.

“Lakin küçələrində güllələnən və həbs edilən iranlı vətəndaşlar yaxşı yadlarında saxlayacaqlar ki, Avropanın dəyərləri şübhə doğuran hallarda çox da dəyər daşımır”, – məqalə bu ifadə ilə sonlandırılıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05