Türkiyədə zəlzələ oldu

media-hightechnic-468x90

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4.4 maqnitudalı zəlzələ olub.

Yeraltı təkanların ocağı 10.83 km dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa