Türkiyədə zəlzələ qurbanlarının sayı 5 894-ə çatdı / YENİLƏNDİ 8

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.

***15:59

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb. 

Yenicag.az xəbər verir ki, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət İnformasiya-Koordinasiya Mərkəzində zəlzələ ilə bağlı danışarkən açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı da artaraq 22 168 olub.

*** 12:24

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3432-yə çatıb.

Məlumata görə, yaralıların sayı da artaraq 21 103 olub.

***12:45

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.

*** 11:24

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 3 381-ə çatıb.

Bu barədə AFAD rəsmisi Orhan Tatar bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 20 426-ya yüksəlib.

*** 08:59

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.

Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Yeraltı təkanlar 6 217 binanı dağıdıb.

7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.

Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.

Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib.

COP29