Türkiyədəki “Formula 1” yarışı ləğv edildi

media-hightechnic-468x90

“Formula 1” üzrə Türkiyə Qran-prisi ləğv olunub.

Yenicag.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Qran-pri koronavirusa görə səyahət məhdudiyyətləri səbəbindən baş tutmayacaq.

Əvəzində 18 – 20 iyunda Fransada, 25 – 27 iyun və 2 – 4 iyulda Avstriyada yarışların keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək. Türkiyədəki turnir 11 – 13 iyunda planlaşdırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa