“Türkiyə Avropa İttifaqının tam üzvlükdən başqa heç bir təklifini qəbul etməyəcək”
Yenicag.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı naziri Ömər Çelik deyib.
“İstər adını imtiyazlı ortaqlıq qoysunlar, istərsə də terrorla mübarizə əməkdaşlığı… Belə təklifləri ümumiyyətlə dəyərləndirməyəcəyik. Tam üzvlüyə ya “hə” desinlər, ya “yox””, -deyə nazir qeyd edib.
Çelik həmçinin əlavə edib ki, Türkiyə və ittifaq arasında imzalanan “qaçqın müqaviləsi”nin də şərtləri yerinə yetirilmir:
“Texniki baxımdan Türkiyənin bu müqaviləni davam etdirməsi üçün heç bir əsas yoxdur. Aİ şərtlərə tam əməl etmir”.
Qeyd edək ki, iki həftə əvvəl Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron Parisdə görüş keçirib. İclas zamanı Makron tam üzvlük yox, başqa alternativlərin gündəmə gətiriləcəyini söyləyib.