!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Azərbaycana ən çox ixrac edilən məhsullar açıqlandı - SİYAHI

!Reklam – Yazi

Ötən ay Türkiyədən Azərbaycana 159 milyon 502 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Yenicag.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu 2024-cü ilin dekabr ayı ilə müqayisədə 48,2% az, yanvar ayı ilə müqayisədə isə 9,1% çoxdur.

Türkiyədən Azərbaycana ixrac olunan məhsullar sırasında ilk yerdə kimyəvi maddə və məhsullar qərarlaşıb. Belə ki, qardaş ölkədən Azərbaycana 40 milyon 368 min ABŞ dolları dəyərində kimyəvi maddə və məhsullar ixrac edilib. Bu isə əvvəlki ayla müqayisədə 11,9% az, illik müqayisədə isə 13,2% çoxdur.

Türkiyədən Azərbaycana ikinci ən çox ixrac edilən elektrik və elektronika məhsulları olub. Dövr ərzində Türkiyənin Azərbaycana elektrik və elektronika məhsullarının ixracının dəyəri 17 milyon 535 min ABŞ dolları təşkil edib ki, bu da aylıq müqayisədə 12,6% az, illik müqayisədə 10,6% çoxdur.

Ötən ay üçüncü sırada maşın və maşın hissələrinin ixracı qərarlaşıb. Türkiyə Azərbaycana 16 milyon 637 min ABŞ dolları dəyərində maşın və maşın hissələri ixrac edib. Bu isə aylıq 6,2% azalma, illik 38,4% artım deməkdir.

Yanvar ayında Türkiyədən Azərbaycana məhsul ixracı siyahısında növbəti yeri taxıllar, paxlalılar, yağlı toxum və məhsullarının ixracı tutub. Belə ki, sözügedən məhsulların ixracının dəyəri aylıq 21,1%, illik 10,6% azalma ilə 11 milyon 793 min ABŞ dolları təşkil edib.

Türkiyədən Azərbaycanda beşinci ən çox ixrac edilən mebel, kağız və meşə məhsulları olub. Bu dövrdə Azərbaycana 10 milyon 683 min ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları göndərilib. Bu isə aylıq müqayisədə 16,6% az, illik müqayisədə isə 25% çoxdur.

Qeyd edək ki, Türkiyə ötən ay ümumilikdə 18 milyard 439 milyon 742 min ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

www.yenicag.az

76
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv