Türkiyədən Ermənistana sərt cavab: Öncə Xocalının hesabını verin!

media-hightechnic-468x90

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında münasibətlərlə bağlı açıqlamasına cavab verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Türkiyə XİN məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamada iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürih şəhərində imzalanmış protokollarla bağlı fikirləri əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib.

Bəyanatda Nalbandyanın uydurma “erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu vurğulanıb: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05