!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən XOŞ XƏBƏR - Karantin yumşaldı

!Reklam – Yazi

Türkiyədə aprelin 29-dan tətbiq olunan tam qapanma bu gündən ləğv olunaraq mərhələli yumşalmaya başlanılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi “Tədricən normallaşma tədbirləri” adlı sərəncamda bildirilib.

Qərara görə, tədricən normallaşma dövrü tədbirləri 17 may saat 05:00-dan 1 iyun saat 05:00-a qədər tətbiq olunacaq.

Bu dövrdə komendant saatı iş günləri saat 21:00-05:00 arası, həftə sonları isə cümə günü saat 21:00-dan bazar ertəsi 05:00-a qədər tətbiq edilib.

Vaksinasiyadan keçmiş 65 yaşdan yuxarı insanlar (peyvəndlənməyənlər yalnız iş günləri saat 10: 00-dan 14: 00-a qədər çıxa bilərlər) və 18 yaşınadək olanlar üçün evdən çıxma məhdudiyyətləri ləğv olunub. Bununla yanaşı sözügedən kateqoriyaya aid vətəndaşlara şəhərdaxili ictimai nəqliyyatdan istifadə etməyə icazə verilmir.

Eyni zamanda qərara görə komendant saatı dövrü istisna olmaqla şəhərlərarası səyahət qadağası da ləğv edilib. Məktəbəqədər müəssisələr yenidən fəaliyyətlərinə davam edə bilər.

Komendant saatı ölkəyə turizm məqsədilə qısa müddətlik gələn əcnəbilərə şamil olunmur.

Qərara əsasən, idman salonları, hovuz, kinoteatr, qəhvəxana, hamam, sauna, kurort və əyləncə parkları bağlı qalıb. Restoranlar yalnız “evə sifariş” rejimində fəaliyyət göstərə bilər.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv