Türkiyənin bu gün kosmosa göndərdiyi Alper Gezeravcının ilk Türk astronavt olmadığı məlum olub.
Yenicag.az xəbər verir ki, türkiyəli astronavtdan öncə əslən türk olan 3 şəxs kosmosa uçub.
Qeyd edək ki, 1962-ci ilin 12 sentyabrında sovet kosmonavtı Yuri Qaqarin bəşəriyyət tarixində ilk dəfə planetin hüdudlarından kənara çıxıb. Lakin Qaqarindən əvvəl kosmosa bir türk kosmonavtı çıxmalı imiş. O, Çuvaş türkü Andrian Nikolayevdir.
Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci şəxsi olan Andrian Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub. O, 1954-cü ildə Hərbi-Aviasya Məktəbini bitirdikdən sonra Sovet Sosialist Respubilkaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil ediblər.
Dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə Andrian Nikolayev də məşq edib. Son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb.
Eksperimental şəraitə ən çox dözərək “dəmir adam” ləqəbini qazanan Andriyan Nikolayevin idarə etdiyi “Vostok-3” kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. Beləliklə o, SSRİ-də üçüncü, dünyada beşinci kosmosu fəth edən ilk Türk kosmonavt olub.
Kosmosa göndərilən ikinci türk isə azərbaycanlı kosmonavt Musa Manarovdur.
–
O, 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. Kosmosu fəth etmiş yeganə azərbaycanlı SSRİ Hava Qüvvələrində mayor rütbəsinə qədər yüksəlib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirib. Təhsilini tamamladıqdan sonra 3 illik təcrübə müddətini keçib və 1978-də kosmonavt olub. 1983-cü ildən isə bu sahədə peşəkar fəaliyyət başlayıb. 21 dekabr 1987-ci ildən 21 dekabr 1988-ci il tarixləri arasında “Soyuz TM-4” gəmisində kosmosda olub. O, 365 gün, 22 saat, 38 dəqiqə kosmosda xidmətini tamamlayıb və sağ-salamat Yerə qayıdıb.
O, növbəti dəfə 2 dekabr 1990 – 26 may 1991 tarixləri arasında yenidən uçuş mühəndisi olaraq “Soyuz TM-11” gəmisində kosmosda olub.
Azərbaycan SSR-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olan Musa Manarov 1990-1995, 2007-2011-ci illərdə Rusiya Federasiyası Dumasının deputatı seçilib.
Qazaxıstandan olan ilk astronavt Toktar Aubakirov isə kosmosa uçmuş üçüncü türk olaraq xatırlanır. 1965-ci ildə Hava Hücumundan Müdafiə Pilotlarının Armavir Hərbi Aviasiya İnstitutuna daxil olub. 1975-ci ildə Fedotov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ-nin Uzaq Şərq sərhədlərində Sovet Hərbi Hava Qüvvələrində qırıcı pilot kimi xidmət edib.
1991-ci ildə SSRİ və Qazaxıstan SSR hökumətləri arasında bağlanmış müqaviləyə əsasən, Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində təlimə başlayıb. 2 oktyabr 1991-ci ildə Rus kosmonavtı Aleksandr Volkov və avstriyalı tədqiqat kosmonavtı Frans Viehböck ilə birlikdə Baykonur Kosmodromundan “Soyuz TM-13” gəmisində uçuş komandiri olaraq kosmosa çıxıb və səkkiz gündən çox kosmosda qalıb.
1993-cü ildən Qazaxıstan Respublikası Milli Aerokosmik Agentliyinin baş direktorudur. O, Qazaxıstan parlamentinin deputatı olub.
19 yanvar 2024-cü il tarixində Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosa uçub. O, kosmosa uçan ilk türk adlandırılsa da, sayca dördüncüdür./unikal
www.yenicag.az