Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli müşavir TÜİB-i ziyarət etdi - FOTO

Reklam: High Technic

Türkiyə Səfirliyinin ticarət müşaviri Ahmet Ataker TÜİB ofisini ziyarət edib.

Yenicag.az xəbər verir ki, Azərbaycandakı vəzifə müddəti başa çatan Ticarət müşaviri Ahmet Atakeri TÜİB İdarə Heyətinin üzvləri Ramiz Əliyev, Selim Akbay və Ender Kavuk qəbul edib.

Görüşdə Azərbaycan-Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı bu günə qədər görülən işlərdən, iş adamlarının iqtisadiyyatımıza verdiyi töhfələrdən və gələcək layihələrdən bəhs edilib.

TÜİB İH-nin üzvü Selim Akbay Azərbaycandakı diplomatik missiyası müddətində Azərbaycan-Türkiyə arasındakı ticari əməkdaşlığın dərinləşməsi istiqamətində kifayət qədər məhsuldar fəaliyyət göstərməsi, xüsusilə işadamlarına verdikləri dəstəyə görə Ahmet Atakerə dərin təşəkkürünü bildirib, gələcək iş həyatında müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda Ahmet Atakerə plaket təqdim olunub və xatirə fotoları çəkilib.

www.yenicag.az

284