Türkiyəli professor: “Koronavirusun əlamətləri dəyişib”

“Virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan deyib.

O, bildirib ki, yetkin şəxslərin 85%-i, uşaqların isə 90 %-i koronavirusu simptomsuz keçirir:

“Əlamətlər tam dəyişib. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir”.