Türkiyənin 15 vilayətində küçəyə çıxmağa qadağa qoyuldu

Türkiyənin 15 vilayətində 4 gün küçəyə çıxmağa qadağa qoyulub. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sərəncamında bildirilib.

Qeyd edilib ki, Ankara, Balıkesir, Bursa, Eskişehir, Gaziantep, İstanbul, İzmir, Kayseri, Kocaeli, Konya, Manisa, Sakarya, Samsun, Van və Zonquldak olmaqla, bu gecə saat 00:00-dan 19 may saat 00:00-a qədər küçəyə çıxmaq qadağası tətbiq edilib.

16-17 mayda böyük və kiçik marketlər, qəssabxanalar və (onlayn satış da daxil) bu kimi satış yerləri qapalı olacaq.

18-19 mayda isə çörək və digər un məmulatları satılan obyektlər 10:00-16:00 arası açıq olacaq.

Yaşı 65-dən yuxarı və 20-dən aşağı olan insanlar istisna olmaqla, digər vətəndaşlar yaxın yerlərə tibbi maska taxmaq və sosial məsafəni gözləməklə gedə biləcəklər./APA/