Türkiyənin 3 hərbçisi şəhid oldu

media-hightechnic-468x90

İraqın şimalında separatçı terror təşkilatının həyata keçirdiyi hücumun qarşısını alarkən 3 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücum və sonrakı təmasda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 yoldaşımız isə yaralanıb. Separatçı terrorçuya qarşı əməliyyatlar çərçivəsində təmas davam edir. Bölgədə müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilir: “İlkin təsbitlərə görə, 4 terrorçu zərərsizləşdirilib”, – deyə, nazirliyin verdiyi açıqlamada bildirilib./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600