Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb

media-hightechnic-468x90

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05