Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı Azərbaycana gəlib

Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı Yaşar Gürəl, Azərbaycana rəsmi səfərə gəlib.

Yeniçağ.Az xəbər verir ki, Yaşar Gürəl ilk olaraq Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarı üzərinə əklil qoyub. Daha sonra isə Şəhidlər xiyabanını ziyarət edən baş komandana Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Hərbi müşavir Zəfər Ocak və Azərbaycan Respublikası Daxili Qoşunlarının baş komandanı Şahin Məmmədov da qatılıb. Onlar Bakıdakı Türk şəhidlərin xatirəsinə ucaldılmış abidəyə də əklil qoyaraq xatirə dəftərini imzalayıblar.

Üç gün davam edəcək rəsmi səfər zamanı Gürəl, Azərbaycanın daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının komandanı Elçin Quliyev və digər səlahiyyətli nümayəndələrlə görüşəcək.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

322