“Asiya bazarında Cənubi Koreyaya rəqabətdə Türkiyənin dünya bazarındakı payı artır”.
Yenicag.az xəbər verir ki, bu barədə Honq-Konqda nəşr olunan “South China Post” qəzetində məqalə dərc edilib.
Məqalədə Türkiyənin müdafiə sektorunun Yaxın Şərq və Ukraynadan sonra Asiyada ön plana çıxdığı yazılıb:
“Türkiyənin dünya bazarındakı payı artır. Türk müdafiə sənayesindəki irəliləyişlər tez-tez dünya mətbuatının mövzusudur. NATO Asiya alıcılarına heç bir şərt qoymadan üzv Türkiyədən yüksək texnologiyalı müdafiə sənayesi məhsulları almasına şərait yaradır. Türkiyənin müdafiə sənayesinə Yaxın Şərq və Ukraynada tələbat artır.
NATO standartlarında Türk məhsulları artıq Asiyadadır. Türkiyə artıq Asiya-Sakit okean regionundan böyük sifarişlər alıb. Məhsullar asiyalı alıcılara Çin və ya Rusiya silahlarına alternativ kimi təklif edilir. Türkiyənin müştərək müəssisələrə və texnologiya transferinə açıq olması asiyalı alıcıları cəlb edə biləcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az