Türkiyənin Qəzzaya humanitar yardım aparan gəmisi Misirə çatıb

media-hightechnic-468x90

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağına göndərilmək üçün hazırladığı 21-ci “Xeyirxahlıq Gəmisi” Misirin Əl-Ariş Limanına çatıb.

media-banner_tuq

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidə təxminən 3 min 300 ton zəruri əşyalar, 175 min ərzaq bağlaması, geyim, gigiyena, sığınacaq, su və digər tələbat avadanlıqları var.

Yardım “Fələstinə nəfəs” kampaniyası çərçivəsində həyata keçirilib.

Əl-Ariş Limanında qarşılanan humanitar yardım Misirin Qızıl Aypara Cəmiyyəti ilə koordinasiyalı formada “Rəfah” sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzaya göndəriləcək./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05