Türkiyənin təyyarələri İraqa çatdı
Türkiyənin İraqa göndərdiyi hərbi yardım təyyarələri Bağdada çatıb.
Yenicag.az Türkiyə mediasına istinadən bildirir ki, Türkiyədən havaya qalxan iki yardım hərbi yardım təyyarəsi Bağdaddan 20 kilometr şərqdə yerləşən Musenna hərbi aeroportuna eniş edib. Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı sözügedən yardımları İraqın Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinə təhvil verib.
Daha sonra Türkiyə səfirliyindən verilən açıqlamada Türkiyənin daim terorla mübarizədə dost və qardaş ölkə İraqın yanında olacağı vurğulanıb.
Qeyd edək ki, Türkiyənin Müdafiə naziri İsmət Yılmaz bu gün Bağdada səfəri gözlənilir.Daha sonra Ərbil şəhərində yerli idarəetmə orqanlarının rəhbərləri ilə görüşəcəyi bildirirlir.