!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin xarici siyasətini seçkilərin nəticələri yox, qalib tərəfin götürəcəyi kurs müəyyənləşdirəcək” – ŞƏRH

!Reklam – Yazi

“Belə bir vəziyyətdə beynəlxalq qurumların, yaxud da müxtəlif ölkələrin hər hansı etiraz üçün əsasının olmaması göz qabağındadır”.

Bu fikirləri Türkiyənin fəaliyyətdə olan dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda mümkün qələbəsinin Qərblə münasibətlərə potensial təsirini dəyərləndirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, postseçki dövründə Türkiyənin Qərblə münasibətlərini qalib siyasi qüvvənin konkret addımları nizamlayacaq:

“Demokratik seçki ənənələrinə malik olan Türkiyədə nəticələrlə bağlı daxildən və xaricdən hər hansı ciddi iradların olmaması təbiidir. Bəzi xırda pozuntulara yol verilsə belə, onlar seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyil. Ona görə də seçkilərdə məğlub olan əsas tərəflər nəticələri mübahisəsiz qəbullanırlar.

Bu fikirləri 14 may seçkiləri haqqında da söyləmək mümkündür. Geridə qalan günlərdə nəticələrə yönəlik narazılıqların olmaması dediklərimizin təsdiqidir. Belə bir vəziyyətdə beynəlxalq qurumların, yaxud da müxtəlif ölkələrin hər hansı etiraz üçün əsasının olmaması göz qabağındadır.

O ki qaldı seçkilərdən sonra Türkiyə ilə Qərb dövlətlərinin münasibətlərinin necə tənzimlənəcəyinə, bu, seçkilərin nəticələrindən asılı məsələ deyil. Ümumiyyətlə, Türkiyənin xarici siyasətini seçkilərin nəticələri yox, qalib tərəfin götürəcəyi kurs müəyyənləşdirəcək.

Bildiyiniz qədər, son iyirmi ildən artıq müddətdə Türkiyədə AK Parti ya təkbaşına, ya da son bir neçə ildə olduğu kimi MHP ilə ittifaq formatında iqtidardadır. Yəni AK Parti hər iki durumda dövlət maraqları baxımından vacib saydığı siyasətə üstünlük verib. O baxımdan, postseçki dövründə Türkiyənin Qərblə münasibətlərini seçkilərdə qalib gələn siyasi qüvvənin konkret addımları nizamlayacaq”.

A.Zeynalov

COP29

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv