“Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”

media-hightechnic-468x90

şşşşşşşşşşşşşTürkmənistan Rusiyanı strateji tərəfdaş hesab etsə də, Avrasiya İttifaqına üzv olmayacaq.

media-banner_tuq

Bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov bəyan edib.

Diplomatın sözlərinə görə, səfirlərlə görüşü zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad-Moskva tərəfdaşlığının strateji əhəmiyyətini önə çəkib.

“Siyasi nöqteyi-nəzərdən Türkmənistanla Rusiya bir-birinə BMT, ATƏT, MDB və digər beynəlxalq təşkilatlarda dəstək verir. Bizim həmçinin Xəzər məsələsi ilə bağlı baxışlarımız eynidir”, – deyə o vurğulayıb.

Avrasiya İttifaqına gəldikdə isə B.Rəcəbov qeyd edib ki, Aşqabad xarici siyasətdə əvvəlki kimi ikitərəfli münasibətlərin inkişafına üstünlük verir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05