!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Üç ölkə üzərindən keçəcək qaz xətti - "Rusiya buna heç cür mane ola bilməyəcək" - Qabil Hüseynli / VİDEO

“Rusiya Türkmənistan qazının İran, Azərbaycan və Türkiyə üzərindən keçərək Avropaya gedəcək qaz xəttinə heç cür mane ola bilməyəcək. Rusiyanın buna imkanı məhdudlaşdırılıb”.

Bunu Türkmənistan qazının İran, Azərbaycan və Türkiyə üzərindən keçərək Avropaya çatmasına Rusiyanın mane olma ehtimalına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya Türkmənistanı uzun illərdir istismar edirdi:

“Rusiya həmişə Türkmənistan qazını çox ucuz qiymətə alıb, ən azı 8,9 dəfə baha qiymətə Avropaya satıb. Türkmənistan öz qazının bir hissəsini də Çinə satırdı. İndi çox mühüm bir razılaşma əldə edilib. Türkmən qazı İran üzərindən Azərbaycana gələcək. Bu çox asan olacaq. Çünki SSRİ İran qazını alıb, Qafqaz respublikalarına satırdı. Çox qısa müddətdə Türkmənistan qazı Avropa bazarlarına gedəcək. Türkmənistan tərəfinin qazancı ən azı 4-5 dəfə artacaq. Beləliklə də, həm Azərbaycan Türkmənistan münasibətləri inkişaf edəcək, həm də bu layihə türk dövlətlərini daha da yaxınlaşdıracaq.

Rusiya İranla baş-başa gəlmək istəməz. İranın iqtisadi maraqları çoxdur. Rusiyanın bu layihəyə mane olması mümkünsüzdür”.

Səxavət Məmməd

www.yenicag.az

213
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100