Üç rayonun ərzaq bazarlarında monitorinqlər aparıldı

media-hightechnic-468x90

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində yerləşən ərzaq bazarlarında nəzarət tədbirləri çərçivəsində Qazax, Cəlilabad və Astara rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinqlər keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, aparılan nəzarət tədbirləri zamanı xüsusilə yüksək risk qrupuna aid olan məhsulların – balıq, quş əti və digər tez xarab olan qidaların açıq havada, uyğun olmayan temperatur və gigiyena şəraitində satışa çıxarıldığı müəyyən edilib.

Bundan başqa, satış səthlərinin dezinfeksiya edilmədiyi, məhsullar üzərində etiket məlumatları yerləşdirilmədiyi və soyuducuda temperatur rejiminə riayət olunmadığı və digər nöqsanlar qeydə alınıb.

Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahiblərinə müvafiq göstərişlər verilib. Monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdiriləcək.

Bölgələrdə yerləşən ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarxı linkdən izləmək olar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa