Uçan binanın altından 3 nəfəri xilas etmək mümkün deyil

media-hightechnic-468x90

1410170400Xırdalanda partlayış baş verən verən binanın dağıntıları altında qalan 3 nəfərin tezliklə çıxarılması mümkün olmayacaq.

media-banner_tkm

Bu barədə Abşeron polisindən məlumat verilib.

“Hazırda binada xilasetmə işləri mümkün deyil. Panellərə əl vurulsa bütün bina çökə bilər. Bu isə həm dağıntılar altında qalanların, həm də xilasedicilərin həyatı üçün təhlükə törədə bilər”, – bildirilib.

FHN-nin nümayəndələri bildiriblər ki, binanın ətrafında xilasetmə işlərinin aparılması üçün şərait yoxdur.

Dağıntılar altında qalan şəxslərin adları da məlum olub. Məharət Abbasov, bacısı bacısı Kifayət Abbasova və qızı Könül Abbasova hələ də dağıntılar altında qalıb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov digər 3 şəxsin dağıntılar altından təcili şəkildə çıxarılması üçün əraziyə əlavə texnikanın dərhal cəlb edilməsi barədə göstəriş verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05