“Uçan taksi”nin sürücüsü ilə bağlı yeni xəbər

media-hightechnic-468x90

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü Anar Nəcəfov bu gün xəstəxanadan evə buraxılıb.

Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 10.04.2025-ci il tarixində saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb.

“Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb”, – deyə məlumatda deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600