Ucar sakini intihar edib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün Heydər Əliyev prospekti, ev 87, mənzil 5-də yaşayan şəhər sakini, 1957-ci il təvəllüdlü Gündüz Fəfxan oğlu Fəfxanov özünü yaşadığı binanın ikinci mərtəbəsindən asaraq intihar edib.
G. Fəfxanovun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.