UEFA AFFA-ya 17 milyon ödəyəcək

media-hightechnic-468x90

UEFA Avropada futbolun inkişafı üçün 2024 – 2028-ci illərdə quruma üzv olan 55 milli assosiasiyaya 935 milyon avro yardım ayıracaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində qəbul olunub.

“HatTrick VI həmrəylik və inkişaf proqramı” çərçivəsində təyin olunan maliyyə bərabər məbləğdə bölüşdürüləcək. Nəticədə hər bir assosiasiyaya, o cümlədən AFFA-ya 4 il ərzində ümumilikdə 17 milyon avro ödəniş ediləcək.

Bu məbləğ 2020-2024-cü illəri əhatə edən və 775 milyon büdcəsi olan əvvəlki layihəni 27 faiz üstələyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05