UFC üzərindən NÖVBƏTİ QARAYAXMA: “Torpaqlarımız işğalda olanda belə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub”

media-hightechnic-468x90

“Bu cür təxribatlar nəticə verməyib və bundan sonra da nəticə verməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Könül Nurullayeva bildirib.

media-5f146156164647439543146211511117428

Millət vəkili bu ilin yayında Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship – red.) idman tədbiri haqqında xarici medianın təxribat mesajlarına cavab verib.

O, əlavə edib ki, təxribatçı xarici medianın Azərbaycanda UFC-nin keçirilməsinin riskli olması barədə yazdıqları absurddur:

“Bu cür dezinformasiyaların heç bir əsası yoxdur. Bu, ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasıdır. Azərbaycan uzun illərdir regionda sabitlik adası kimi tanınır. Ölkəmiz bu vaxta qədər ən mötəbər tədbirlərə ev sahibliyi edib. İstər nüfuzlu idman tədbirləri, istərsə də beynəlxalq konfranslar ən yüksək səviyyədə təşkil olunub. Hətta Azərbaycan torpaqları işğal altında olduğu dövrdə ölkəmizin ev sahibliyi etdiyi tədbirlər zamanı belə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. 2015-ci il İlk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, eləcə də digər nüfuzlu idman tədbirləri yüksək səviyyədə keçirilib. Azərbaycanın ev sahibi kimi uğurlu təcrübəsi nümunə kimi qiymətləndirilib”.

Komitə üzvü söyləyib ki, son 5 ildə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra isə Cənubi Qafqazda separatizmin kökü kəsilib:

“Azərbaycan öz sərhədlərində möhkəmlənib. Ötən il BMT-nin ən nüfuzlu və böyük konfransı COP29 tam təhlükəsiz şəraitdə baş tutdu. 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçının qeydiyyatdan keçməsini nümunə kimi göstərə bilərik”.

K. Nurullayeva qeyd edib ki, COP29 zamanı da bu cür təxribat mesajlarında dəfələrlə Azərbaycan hədəf göstərilib:

“Biz ölkəmizə qarşı çirkin qarayaxma kampaniyalarının COP29 ərəfəsində və hətta post-COP zamanı da şahidi olduq. Amma bu cür təxribatlar nəticə verməyib və bundan sonra nəticə verməyəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600