Uğursuz zarafatın ağır nəticəsi

media-hightechnic-468x90

лBakının Abşeron rayonunda qohumlar arasında zarafat ağır nəticələnib.

Rayon Polis İdarəsinin müstəntiqi Məhəmməd Tağıyevin verdiyi məlumata görə, gecə saat 02:00-da Fatmayı kəndində, 24 yaşlı Elvin Ağayaroğlu oğlu Babayev dayısı oğlu 22 yaşlı Asif Yolverdi oğlu Əsgərov arasında anlaşılmazlıq olub.

Belə ki, iki qohum birgə əyləniblər. Sonra kafedə yeyib-içdikdən sonra dənizə çimməyə gediblər. Yolda Elvin Babayevlə Asif Əsgərovla zarafatlaşmağa başlayıb. Zarafat əsnasında Asif Əsgərovun sözü qohumunun xoşuna gəlməyib. Bu zaman Elvin Babayev əlindəki pivə butulkasını Asif Əsgərovun başına vurub. Butulkanı sındırdıqdan sonra onunla qohumunun qarnına zərbələr endirib.

Asif Əsgərov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600