Uinston Çörçillin eynəkləri bu qiymətə satışa çıxarıldı

media-hightechnic-468x90

Kolleksiya dileri “Paul Fraser Collectibles” Britaniyanın keçmiş lideri Uinston Çörçilin eynəklərini satmaq qərarına gəlib.

Yenicag.az xarici KİV-ə  istinadən xəbər verir ki, şirkətin saytında verilən məlumata görə, dövlət xadimi tısbağa qabığı çərçivəli dairəvi eynəkdən kitab oxumaq üçün istifadə edib və Böyük Britaniyanın baş naziri olduğu ikinci müddətində onları taxıb. Satıcının sözlərinə görə, onlar 1954-cü ildə “CW Dixey & Son” tərəfindən şəxsən Çörçill üçün hazırlanmışdır və bu günə qədər əla vəziyyətdə qalmışdır.

Qeyd olunur ki, eynəklər orijinal qutu və istehsalçının təsdiq məktubu ilə birlikdə satışa çıxarılıb. Onların dəyəri 59,9 min funt sterlinqdir (təxminən 134 598 manat).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa