Ukrayna Aİ-yə daxil olmaq üçün ərazi güzəştlərinə gedə bilər

media-hightechnic-468x90

“Kiyev Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə daxil olmaq perspektivi müqabilində mümkün sülh nizamlanması çərçivəsində ərazi güzəştlərinə gedə bilər”.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, bunu Almaniyanın “Die Welt” nəşri diplomatik dairələrdəki mənbələrinə istinadən yazıb.

Brüsseldəki diplomatlar bildiriblər ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya ərazi güzəştləri məsələsi üzrə xalqın dəstəyini qazanmaq istəyirsə, onun real “kozır”a ehtiyacı var:

“Buna görə də Aİ Ukraynanın sürətləndirilmiş şəkildə Avropa Şurasına qoşulması prosesinə razılıq verə bilər”.

Müzakirə olunan sülh planında Ukraynanın Aİ-yə qoşulma tarixi kimi 2027-ci il göstərilir. Buna baxmayaraq, qəzetin Brüsseldəki mənbələri Ukraynanın ittifaqa gələn il üzv olacağını gözləmirlər və daha çox ehtimal olunan tarix 2028-2030-cu illərdir./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05