Ukrayna bataqlığında olan Rusiya İrana kömək edə bilmir: Əraqçinin Moskva səfərinin pərdəarxası

media-hightechnic-468x90

“ABŞ – İran danışıqları kuliminasiya nöqtəsindədir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiya lideri Vladimir Putin arasında keçirilən görüşdə müzakirə olunan mümkün məsələlərə toxunub:

“Abbas Əraqçının Moskva səfəri Rusiyanın İran üçün strateji tərəfdaş olması kontekstində baş tutub. Tərəflər hazırda müxtəlif sahələrdə geniş əməkdaşlıq edirlər və son proseslər bu görüşün əsas müzakirə mövzusu olub. Xüsusilə, rəsmi Tehranın Vaşinqtona təqdim etdiyi təkliflər və ABŞ-nin qarşı tərəfə göndərdiyi şərtlər masaya qoyulub. Görünən odur ki, danışıqlar artıq kuliminasiya nöqtəsinə çatıb. İran bu məsələdə həm Çin, həm də Rusiya ilə məsləhətləşmələr apararaq müəyyən qarşılıqlı anlaşmalar əldə edib.

Hesab edirəm ki, Kreml də vəziyyətin ciddiliyini dərk edir. Belə görünür ki, İran ABŞ-nin təzyiqləri fonunda bəzi güzəştlərə getmək məcburiyyətindədir. Bundan sonra Rusiya İrana yalnız hərbi-texniki əməkdaşlıq səviyyəsində dəstək verə bilər. Hər bir halda, Rusiya hazırda İranı qətiyyətlə müdafiə edəcək gücdə deyil; çünki Moskva özü Ukrayna ilə müharibə vəziyyətindədir. İran tərəfinin danışıqlar prosesində Rusiyadan dəstək istəməsi həm də Amerikaya bir təzyiq vasitəsidir. Lakin Rusiyanın bu danışıqlarda həlledici tərəf kimi çıxış etməsi real görünmür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05