Ukrayna müharibəsində KRİTİK MƏRHƏLƏ: Rusiya işğalı genişləndirir, QƏRB SUSUR

media-hightechnic-468x90

“Rusiya döyüşləri Zelenski hakimiyyəti çökənə qədər davam etdirəcək.”

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişatını Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov səsləndirib.

media-a577dad7160120988779517835810886809

Ekspertin sözlərinə görə, Rusiya işğal siyasətini daha da genişləndirəcək:

“Əslində, döyüş meydanında baş verənlər təəccüblü deyil. Sanki hər şey böyük dövlətlərin əvvəlcədən müəyyənləşdirdiyi bir plan üzrə inkişaf edir. Açıq şəkildə görünür ki, heç bir dövlət Rusiyaya ciddi şəkildə mane olmur – əksinə, elə bir şərait yaranıb ki, Rusiya öz işğalını daha da genişləndirə bilir. Döyüş yolu ilə ələ keçirilən ərazilərə yanaşma və onların xarakteri də fərqli olur.”

Ramaldanovun fikrincə, Qərb də Rusiyanın üstün mövqeyini anlayır və buna görə də vəziyyətə müdaxilə etməkdən çəkinir:

“Böyük dövlətlər yaxşı bilirlər ki, Rusiya haraya qədər irəliləmək niyyətindədir. Rusiya bunu dəfələrlə bəyan edib və gizlətmir. Hazırda da onun qarşısını alan yoxdur. Əslində, böyük güclər bu işğal prosesini dayandıra bilərdilər. Amma yalnız gurultu salırlar, amma heç bir konkret addım atmırlar. Nə cəbhədə, nə də siyasi arenada yeni bir inkişaf yoxdur. Sanki Avropa İttifaqı da bu vəziyyətlə barışıb.”

Sonda ekspert qeyd edib:

“Rusiya döyüşləri, Zelenski hakimiyyəti süqut edənə qədər davam etdirəcək.”

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa