!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna NATO üçün bu ərazilərdən VAZ KEÇİR: “Savaşın bitmə ehtimalı hər an ola bilər”

!Reklam – Yazi

 

“Ukrayna prezidenti Volodimir Zelenskini bu müharibənin qəhrəmanı adlandırsaq, azdır. Onu təcrübəsizlikdə günahlandıranların əksinə olaraq, hesab etmək olar ki, Rusiyanın bütün planlarını pozan məhz o oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ukraynanın işğaldakı ərazilərindən vaz keçməsi hesabına NATO-ya qoşulması ilə bağlı Kiyev siyasi elitasında yaranmış fikir ayrılıqlarını şərh edib.

Onun sözlərinə görə, Zelenski Rusiya işğalının ilk günündən özünü cəsur dövlət başçısı kimi apardı:

“Hətta Qərbin ona Kiyevi tərk etməsi üçün göndərdiyi təyyarəyə minib ölkəsini tərk etmədi. Müharibənin üç ili tamam olur, amma Zelenski Ukrayna dövlətinin maraqları üçün yenə də siyasi və hərbi olaraq döyüşdədir. Təbii ki, Zelenski bu dövr ərzində çox şeylər öyrəndi: məsələn, Qərbin ikiüzlü siyasətini, amma çox şeyləri də dünyaya göstərdi. Yaxud da Rusiyanın heç də dünyanın ikinci super gücü kimi güclü olmadığını… Bunlara baxmayaraq, ukraynalılar çox şey uduzmaqla yanaşı, bütün dünyaya qəhrəman xalq olduqlarını sübut etdi”.

A. Qasımov əmindir ki, Ukrayna lideri də başa düşdüyü reallıqları artıq qəbul edirmiş kimi görünür:

“Bu, Qərbin artıq onun arxasında durmaq istəmədiyidir. Donald Trampın gəlişi ilə belə ab-hava hökm sürür. Bayden hakimiyyəti də Ukraynaya deyiləndən az dəstək oldu. Bu durumda Zelenskinin NATO təminatı altında qalan torpaqlarını qorumaq şərti ilə Rusiyanın işğal etdiyi əraziləri sülh və ya atəşkəs müqaviləsi ilə güzəştə getmək istəyi də təbiidir. Amma hesab edirəm ki, nə Ukraynanın, nə də Rusiyanın indiki məqamda müharibənin bitirilməsi istəkləri səmimi deyil. Hər bir ölkənin öz planları var. Rusiya əldə etdikləri ilə qane olmayacaq. Ukrayna isə itirilmiş torpaqlarından imtina etməyəcək. Müharibənin Trampın gəlişi ilə dayanacağı ehtimalı hələlik şübhə altındadır. Çünki danışıqların getdiyi bildirilsə də, hələlik razılıq əlamətləri görünmür. Bu il savaşın bitmə ehtimalı hər an ola bilər. Trampın verdiyi söz hələ ki yerindədir. Amma bunun alınmaması durumu müharibəni daha da ciddi fazaya keçirə bilər”.

Rafi Müslümov

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv