Ukrayna ordusu əməliyyata başlayır
Yaxın günlərdə Ukrayna ordusunun əsas tapşırığı federallaşma tərəfdarlarının Rusiya sərhədi ilə əlaqəsini kəsmək, müqaviməti lokallaşdırmaq olacaq.
Bu barədə yeni seçilmiş prezident Pyotr Poroşenkoya yaxın mənbələrdən biri deyib.
“Daha sonra 3 ay müddətində qondarma Donetsk və Luqansk Xalq Respublikalarına yardımı dayandırması üçün Moskva ilə razılıq əldə olunacaq. Separatçıların özləri də bunu çoxdan gözləyirlər. Onlar Kiyevdən Ukrayna ordusunun Luqanskda təmizləmə əməliyyatına başlayacağı, iyunun 4-də Slavyanska hücum olunacağı və bütün əməliyyatların iyunun 14-nə qədər başa çatdırılacağı ilə bağlı məlumat aldıqlarını etiraf edirlər”, – deyə mənbənin verdiyi məlumatda bildirilib.
Lakin Ukrayna antiterror Əməliyyatı Mərkəzində belə bir planının hazırlandığını təsdiq etməyiblər.
Bununla yanaşı isə, separatçı Luqansk və Donetsk Xalq Respublikaları mülki vətəndaşlara səslənərək, onları antiterror əməliyyatından qorumağa çağırıblar. Hətta separatçılar Ukrayna ordusunun ABŞ xüsusi təyinatlıları ilə birlikdə qanlı təmizləmə əməliyyatı aparacağı ilə bağlı bəyanat da yaymışdılar.