Ukrayna PUA ilə Moskvanı vurdu - Ölən və yaralanan var
Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində biri uşaq olmaqla iki nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov bildirib.
“Bu gecə hava hücumundan müdafiə qüvvələri Voskresensk və Kolomnada dörd pilotsuz uçuş aparatı vurub. Təəssüf ki, Voskresenskdə faciə baş verib: fərdi evdə baş verən yanğında iki nəfər – 76 yaşlı qadın və onun 6 yaşlı nəvəsi həlak olub”, – deyə o qeyd edib. /unikal