Ukrayna “Qazprom”u rekord məbləğdə cərimələdi
Kiyevin təsərrüfat məhkəməsi Rusiyanın “Qazprom” şirkətini böyük məbləğdə cərimələyib.
Yeniçağ.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyev təsərrüfat məhkəməsində Ukrayna Antiinhisar Komitəsinin Rusiyanın “Qazprom” şirkətinə qarşı qaldırdığı inhisarçı mövqedən sui-istifadəyə dair iddiasına baxılıb.
Məhkəmə prosesi “Qazprom”iun vəsadətinə uyğun olaraq, qapalı keçirilib. Prosesin yekununda iddia təmin edilib və “Qazprom”un Ukraynaya təqribən 7 milyard dollar ödəməsi haqqında qərar çıxarılıb. Bu məbləğin 3,8 milyard dollarını cərimə, bir o qədərinı də yığılmış faizlər təşkil edir.
Yeniçağ.Az