Ukrayna Rusiyaya qarşı BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb

Ukrayna xarici işlər nazirliyi Rusiya tərəfindən BMT-nin terrorçuluğu maliyyələşdirilmə və irqi diskriminasiyanın bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiyalarını pozduğuna görə Rusiyaya qarşı Haaqadakı Beynəlxalq Məhkəmədə iddia qaldırıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Twitter” hesabında Ukrayna XİN-in spikeri Maryana Betsa yazıb.

“Bu dəqiqələrdə Ukrayna BMT Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. Bu, tarixi iddiadır”, M.Betsa yazıb.

Qeyd edək ki, iddia Ukrayna prezidenti Pyotr Poroşenkonun tapşırığı əsasında qaldırılıb.

Yeniçağ.Az

COP29