Ukrayna üçün qorxulu PROQNOZ: “Nəticələr Rusiyanın xeyrinə dəyişir"

media-hightechnic-468x90
“Ukraynada müharibənin nəticələri, təəssüf ki, Ukraynanın əleyhinə formalaşır”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib. O, son günlər Ukrayna cəbhəsində artan hərbi aktivliyin mümkün nəticələrinə dair fikirlərini bölüşüb.
media-unnamed-5
Politoloqun sözlərinə görə, hazırkı mərhələdə cəbhədə qalib tərəfi müəyyənləşdirmək çətin olsa da, Rusiyanın üstünlüyü getdikcə daha aydın görünür:
 “Tədricən də olsa, Rusiyanın cəbhədə üstünlüyü davam edir. Artıq Pakrovka şəhərinin hər an işğal olunması ehtimalı mövcuddur. Ukraynaya edilən silah yardımları isə bu vəziyyəti dəyişmək üçün kifayət etmir. Çünki Çinin dəstəklədiyi Rusiyanın alternativ hərbi imkanları kifayət qədər güclüdür. Bu halda Ukraynanın qələbə qazanması daha da çətinləşir.”
Əziz Əlibəyli əlavə edib ki, mövcud tendensiyalar yaxın dövrdə Ukraynanın əleyhinə nəticələrin daha da dərinləşəcəyini göstərir:
“Hazırkı vəziyyət göstərir ki, yaxın perspektivdə baş verə biləcək hadisələr, təəssüf ki, Ukraynanın xeyrinə olmayacaq. Hərbi dəstəyin artırılması vacibdir, lakin bu dəstək Rusiyanın çoxşaxəli güc balansını sarsıtmaq üçün kifayət etmir.”
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından davam edən müharibə həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.
Nəsimi Ələsgərli
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa