Ukraynada azərbaycanlı ailə girov götürülüb

media-hightechnic-468x90

kkkUkraynanın Donetsk vilayətində separataçılar azərbaycanlı ailənin 3 üzvünü girov götürüblər.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib. O, girov götürülənlərdən birinin həyat yoldaşı ilə danışdığını və bu barədə məlumatları ondan aldığını söyləyib:

“3 gün bundan öncə Rövşən Qasımov, həyat yoldaşı və həyat yoldaşının qardaşı ilə birlikdə şəxsi avtomobillərində gedərəkən separtaçılar tərəfindən saxlanılıblar. Onları və avtomobili separatçılar öz düşəgələrinə aparıblar. Orada bir gün qaldıqdan sonra Rövşənin həyat yoldaşının qardaşını azad ediblər. Rövşəni və həyat yoldaşını isə ötən gün azad ediblər. Avtomobilləri isə hələ də qaytarılmayıb. Separataçılar onları Ukraynanın milli qvardiyasına kömək etməkdə təqsirləndiriblər”.

H.Cavadovun sözlərinə görə, girov götürülən azərbaycanlıların yaşadıqları Dimitri kəndi hazırda əməliyyatların getdiyi yerdir. Orada Ukrayna Milli Qvardiyasının döyüşçüləri ilə separaçılar mübarizə aparırlar. “Kənddə olan tarnsformatorları partladıblar. Elektrik enerjisi yoxdur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600