Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşdü

media-hightechnic-468x90

Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İtkin Düşmüş Şəxslərlə bağlı Beynəlxalq Komissiyanın Avropa üzrə nümayəndəsi Metyu Hollidey bildirib.

Onun sözlərinə görə, məcburi şəkildə Rusiyaya köçürülənlərin və bu ölkədə saxlanılanların, eləcə də öldürüldükdən sonra naməlum məzarlıqlarda basdırılanların sayı hələ ki məlum deyil.

M.Hollidey “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ehtimallara əsasən, Ukraynada itkin düşənlərin axtarışı hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun illər davam edəcək.

O, itkin düşənlərlə bağlı rəqəmlərin böyük olduğunu Ukraynanın üzləşdiyi problemlərin isə çoxluğunu vurğulayıb.

Metyu Hollidey bildirib ki, itkin düşənlərin və ölənlərin çoxu müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600