“Böyük Britaniyanın Ukraynaya müharibəni necə dayandırmağı söyləməyə haqqı yoxdur”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.
Diplomatın sözlərinə görə, bu barədə ciddi müzakirələrin açılmasına baxmayaraq, Böyük Britaniya Ukraynaya uzaqvuran silahlar verməyə hazırdır:
“Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyi onun özünü müdafiə edə bilmək məqsədi daşıyır. Məsələn, Ukraynanın silah yardımı ilə bağlı sorğusundan sonra bu ölkəyə uzaqmənzilli raketlərin verilməsinə dair bəyanat səsləndirildi.
Sözsüz ki, hər kəs bu müharibənin tezliklə başa çatmasını istəyərdi. Mən Mariupolda övladlarını itirmiş valideynlərlə görüşmüşəm, bu, çox dözülməzdir. Əlbəttə, meharibə yekunlaşmalıdır. Bununla belə, burada müharibənin nə vaxt və necə bitəcəyinə qərar verəcək yeganə ölkə Ukraynanın özüdür”.
www.yenicag.az